Həll yolları

Əsas / Həll yolları

Həll yolları

Biz Medium Creative Agency olaraq bir çox müəssisə və təşkilatların müsbət biznes imicini yaratmaq və onun göstəricilərinin yaxşılaşdırılması üçün lazım olan hər bir texnoloji həlli yüksək səviyyədə təşkili ilə məşğul oluruq. Belə ki, artıq işinizi yüngülləşdirdik. Bundan sonra istənilən təhsil müəssisəsinin, xəstəxanaların, ticarət obyektlərinin rezerv sistemini asanlaşdıracaq öz online qeyd dəftəri olacaq. Online qeyd dəftəri nədir? Bu sistemə sahib olmaqla həm özünüzün, həm də müştərilərinizin rezerv mövzusunda yaşadığınız problemi aradan qaldıracaq və yaşadığınız vaxt itkisini sıfıra endirəcəksiniz. Yəni hər bir müştəri qurduğumuz sistemlə heç bir məsafə qət etməyərək onlayn rejimdə qeydiyyatdan keçərək uyğun vaxta masa sifariş vermək, həkim qəbuluna yazılmaq, bank növbəsinə yer tutmaq və s kimi işlərini asanlıqla həyata keçirə biləcək. Bu sistem əlbəttə ki, hər bir müəssisənin texnoloji səviyyəsinin yüksək təşkilinin xəbərçisidir. Hazırda belə sistemlərdən Türkiyə, ABŞ, Ukrayna və s kimi qabaqcıl ölkələrdə tətbiq olunur. Sevindirici haldır ki, artıq Azərbaycanımızda da belə bir sistemin proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb, həyata keçirilir. Sistemə qoşulmaq üçün bizə müraciət etməyiniz kifayətdir.